Altayda turistin ayı tərəfindən öldürüldüyü ərazidə daha 7 ayı zərərsizləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyinə region hökumətinin mətbuat katibi Maksimov məlumat verib.
Gənc qadının yırtıcı heyvanın hücumuna məruz qalaraq həyatını itirməsindən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Regional qurumlar əhalinin və digər turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi reydlərə başlayıblar.
Mətbuat katibinin sözlərinə görə, faciəvi hadisədən keçən müddət ərzində qeyd olunan ərazidə ümumilikdə 12 ayı vurularaq ləğv edilib.
Ərazidə nəzarət və monitorinq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






