ABŞ-da yaşayan azərbaycanlı çempion Yohanes Nuriyev ölkəmizi layiqincə təmsil edir.
İnterpress.az xəbər verir ki, o, 2002-ci ildə Almaniyada anadan olub. Bir yaş olanda hər ikisi azərbaycanlı olan valideynləri ilə Bakıya köçüb.
O orta məktəb təhsilini Bakı Oksford Məktəbində alıb. On dörd yaşında özümüdafiə məqsədi və fiziki hazırlığını gücləndirmək üçün boksla məşğul olub. Boksa olan böyük marağına görə, bu idman növü ilə peşəkar məşğul olmağa qərar verib. 2019-cu ildə Bakı Oksford Məktəbini bitirəndən sonra boksla peşəkar məşğul olmağa başlayıb və eyni zamanda yüksək ali təhsil almaq qərarına gəlib.
Amerika Birləşmiş Ştatlarında “Nyu-Cersi Universitetində” fəlsəfə fakültəsinə qəbul olar gənc azərbaycanlı boksçu artıq dörd ildir Amerikada yaşaya-yaşaya peşəkar boksla da məşğuldur.
Yohanes özü deyir ki, Amerikada bir sıra yarışlarda işritak edib. Amma məqsədi Azərbaycandakı yarışlarda iştirak etmək. Ölkəni beynəlxalq arenalarda təmsil etmək hüququ qazanmaq olub. Yohanes Nuriyev Azərbaycanda tanınan məşqçilər, Əsgər Eyvazov və Rauf Məmmədovla məşqlərinə davam edib. 2023-cü ilin dekabrında, Boks üzrə Azərbaycan Birinciliyində, Mərkəzi Ordu İdman Klubunu təmsil edib. Nəticə onun arzularındakı kimidir.
Bu həm də ölkənin idman tarixi üçün maraqlı ilkdir. ABŞ-ın Nyu-Cersi Universitetinin Fəlsəfə Fakültəsinin azərbaycanlı tələbəsi Yohanes Nuruyev Azərbaycan birinciliyində çempionluq əldə etməklə, ölkənin milli yığmasına üzvlük hüququ qazanır. İndi o həm təhsili aldığı universitet, həm də böyük idman arenalarında Azərdaycanı təmsil edir, onun bayrağı altında mübarizə aparmağa ciddi şəkildə hazırlaşır.
Gənc idmançımıza böyük uğurlar diləyirik.