Amerikalı kardinal Robert Prevost yeni Papa olub.
İnterpress.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb. Konklav 69 yaşlı amerikalı Robert Prevostu yeni Papa seçib.
Konklavda 70 ölkədən rekord sayda kardinal (133) iştirak edib.
O, Vatikanda ictimaiyyəti salamlamaq üçün çıxıb. XIV Leo adını alıb.
Çikaqolu kardinal Robert Frensis Prevost yepiskoplar kilsəsinin nüfuzlu prefekti və Papa Fransiskin yaxın adamı idi.
Peruda uzun illər missionerlik fəaliyyətindən sonra Prevost 2023-cü ildə Çiklayo yepiskopu və kardinal təyin edilib.
Xuraman Etibarlı
İnterpress.az