Qırğızıstanın hərbi xərcləri 2020-ci ildən bəri 400% ARTIBbackend

Qırğızıstanın hərbi xərcləri 2020-ci ildən bəri 400% ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın hərbi xərcləri 2020-ci ildən bəri 400% artıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov İkinci Dünya Müharibəsinin 80 illiyi şərəfinə keçirilən hərbi paradda deyib.

“2020-ci ildən Silahlı Qüvvələrin və digər hərbi strukturların büdcəsi 400% artıb. Qoşunlarımız müasir silahlarla təchiz olunub.

Hərbi şəhərciklərin və qarnizonların infrastrukturu yaxşılaşdırılır. Maddi-texniki təchizat lazımi səviyyədə təmin olunub”, – Japarov bildirib.

Xuraman Etibarlı

İnterpress.az