Fransa və Almaniya müdafiə və təhlükəsizlik üzrə birgə şura yaradır.
İnterpress.az xəbər verir ki, bunu Fransa prezidenti Makron Almaniya kansleri Mertslə birgə mətbuat konfransında deyib.
“Biz ümumi strateji çağırışlarımıza tez cavab vermək üçün müntəzəm olaraq toplaşacaq Fransa-Almaniya müdafiə və təhlükəsizlik şurası yaradacağıq”, – Makron bildirib.
O, həmçinin əlavə edib ki, Paris və Berlin öz tərəfdaşları ilə birlikdə Ukraynada atəşkəs əldə olunması istiqamətində fəaliyyətini davam etdirəcəklər.
Xuraman Etibarlı
İnterpress.az