“Ənsar Allah” sözçüsü: ABŞ-Husi razılaşmasına İsrail daxil deyilbackend

“Ənsar Allah” sözçüsü: ABŞ-Husi razılaşmasına İsrail daxil deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-Husi razılaşmasına İsrail daxil deyil.

İnterpress.az xəbər verir ki, bu barədə Yəmənin husilər təşkilatı “Ənsar Allah”ın yüksək səviyyəli nümayəndəsi “Reuters” agentliyinə məlumat verib.

ABŞ və Husilər arasında əldə olunan atəşkəs razılaşması İsrailin ona qarşı “əməliyyatlar” keçirməkdən azad edilməsini nəzərdə tutmur.

Eyni zamanda “Ənsar Allah” sözçüsü Qətərin “Əl-Cəzirə” telekanalına bildirib ki, husilər Qəzza zolağına humanitar yardım çatdırılana qədər İsrail gəmilərinə hücumlarını davam etdirəcəklər.

Vaşinqtonla razılaşmaya gəlincə, o qeyd edib: “Biz Amerikanın İsrailə gələcək hər hansı dəstəyini qiymətləndirəcəyik və buna uyğun olaraq mövqeyimizi müəyyənləşdirəcəyik”.

Bundan əlavə, o, yəhudi dövlətinin hücumlarına cavabın “heç şübhəsiz davam edəcəyini” vurğulayıb.

Bu gün səhər saatlarında İsrail ordusunun mətbuat xidməti xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələri şərqdən, ehtimal ki, Yəməndən atılan raketi ələ keçirib.

Xuraman Etibarlı

İnterpress.az