Çin Yerin fırlanmasını ləngidib və günü uzadıb.
İnterpress.az xəbər verir ki, Amerika agentliyi NASA yeni iddia irəli sürüb.
Gün 0,06 mikrosaniyə uzanıb və nəhəng Üç Dərə bəndinə görə planetin oxu təxminən 2 sm yerdəyişib.
Çin bəndindəki nəhəng su həcmi Yerin kütləsinin paylanmasını dəyişərək onun ətalət anını artırıb.
Üç Dərə Su Elektrik Stansiyası quraşdırılmış gücü və çəkisi baxımından dünyanın ən böyük mühəndis strukturudur.
O, 22,5 QVt-a qədər elektrik enerjisi istehsal etməyə qadirdir – 15 nüvə reaktoru kimi.
Xuraman Etibarlı
İnterpress.az