Paşinyan Ermənistanın üç keçmiş prezidentini yenidən debata dəvət edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyana müraciət edərək yenidən debata dəvət edib.
“Mənə deyəcək bir sözünüz varsa, niyə efirdə (debata) razı deyilsiniz?
Buyurun, ağıllı, axmaq, müdrik və o qədər də ağıllı olmayan düşüncələrinizi toplayın və gəlin! Mən vicdanla təklif edirəm – üçünüzə qarşı tək çıxacam”, – Paşinyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az