Rusiyada kilsəni yandırmağa cəhd edən əcnəbi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb. Bildirilir ki, Barnaulda dizel yanacağı olan kanistrdən istifadə edərək kilsəni yandırmağa cəhd edən əcnəbi saxlanılıb.
Təhlükəsizlik qüvvələri 2004-cü il təvəllüdlü Orta Asiya vətəndaşını Barnauldakı kilsəni yandırmağa cəhd edərkən saxlayıb.
Müstəntiqlərin fikrincə, saxlanılan şəxs “beynəlxalq terror təşkilatının maraqları naminə” hərəkət edib və onun məqsədi dövlət orqanlarının fəaliyyətini pozmaq olub.
Terror aktı ilə bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az