Hər bir meyvə-tərəvəz mövsümündə yeyilsə, faydalıdır – EKSPERTbackend

Hər bir meyvə-tərəvəz mövsümündə yeyilsə, faydalıdır – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazarlarda və digər satış nöqtələrində mövsümündən əvvəl qarpız, yemiş, qarğıdalı və s. məhsullar satışa çıxarılıb və baha olmasına baxmayaraq alıcılar tərəfindən həvəslə alınır.

Vaxtından əvvəl, həm də baha qiymətə satışa çıxarılan bu məhsulların orqanizmə ziyanı barədə İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

O bildirib ki, hər bir meyvə, tərəvəz mövsümündə yeyilsə, faydalıdır.

“Bu məsələ ilə bağlı dəfələrlə açıqlamalar verilir və hər dəfə də istehlaşçılar məlumatlandırılır ki, hər bir meyvəni, tərəvəzi mövsümündə alıb yemək faydalıdır, xeyirlidir.

Yəni alça ağacı təzə çiçəkləyəndə, artıq piştaxtalarda 50-60 manata alçanı görə bilirik. Bu, məsələnin bir tərəfi. İkinci bir tərəfdən, nəzərə alsaq ki, mövsümündən əvvəl yetişən meyvə-tərəvvəzə müxtəlif gübrələr, pesticidlər vurulur və istixana şəraitində yetişdirilir. Təbii ki, burada insan orqanizm üçün hər hansısa faydadan söhbət gedə bilməz.

O ki qaldı qarpıza, yemişə, bu günlərdə qarpızın 1 kiloqramı 3 manata, 3 manat 50 qəpiyə, 2 manat 50 qəpiyə təklif olunur. Yemişin 1 kilosu 4 manat, 4 manat 50 qəpiyə, 5 manata təklif olunur.

Nəzərə alsaq ki, təbii şəraitlə hələ nə qarpız tağı, nə yemiş tağında məhsul görmək mümkün deyil, amma istixana şəraitində bunlar yetişdirilir və satışa çıxarılır.

Alergiya xəstəliyi olanlarda, müxtəlif zöhrəvi xəstəlikdən əziyyət çəkənlərdə, həmçinin uşaqlarda bu məhsulların yeyilməsi müəyyən risk daşıyıcısı ola bilər. Çünki həmin məhsulların yetişdirilməsində müxtəlif azot gübrələri, pestisidlər istifadə olunur”, – mütəxəssis vurğulayıb.

Ekspert daha sonra bu məhsulların satış yerlərinin lisenziyasının olmasının bu məsələdə vacibliyini qeyd edib.

“Digər bir tərəfdən də bu cür məsulların satıldığı yerlər normativlərə, gigenik qaydalara uyğun olmalıdır. Çünki çirkli şəraitdə onların satışını təşkil edirlər.

Bunun istixana şəraitində yetişdirilməsi bir tərəfdən, digər tərəfdən də AQTA-nın nəzəriyyətindən keçməyən, hər hansısa bir sertifikatını, lisenziyasını almadan satışla məşğul olan insanlar var.

Bunu da alırlar, yeyirlər, sonra sözlərini deyə biləcəkləri yer olmur. Çünki bunu satan insanın heç bir qeydiyyatı yoxdur. Sabah da kimdəsə bunlardan hər hansısa bir fəsad baş verərsə, problem yaranarsa, müraciət edə biləcəkləri yer belə yoxdur2, – ekspert deyib.

Xuraman Etibarlı

İnterpress.az