Ampulaları səhv salan həkim xəstənin ölümünə SƏBƏB OLDU – FOTObackend

Ampulaları səhv salan həkim xəstənin ölümünə SƏBƏB OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada həkim ampulaları qarışdıraraq xəstəyə venadaxili lidokain yeridib. Qadın özünə gəlmədən dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bubarədə Rusiya KİV məlumat yayıb.

36 yaşlı Kristina kürəyindəki çibanı çıxarmaq üçün sentyabrın 3-də özəl klinikaya gəlib. Evə qayıdan qadın kürəyindən qan gəldiyini görüb. Onu dayandırmaq mümkün olmayıb.

Kristina tanıdığı həkimi çağırıb.Həkim deyib ki, lidokain, qanaxma əleyhinə vasitə “Etamzilat” və aminokaproik turşu alsın. Tezliklə özü də gəlib. Həkim bir neçə iynə vurub, bundan sonra qadın vəziyyətinin pisləşdiyini hiss edib, huşunu itirib və ölüb.

Polis mənzildə “Etamzilat”ın bağlı ampulalarını aşkar edib. Məlum olub ki, həkim ampulaları səhv salıb və Kristinaya “Etamzilat” əvəzinə venadaxili lidokain yeridib ki, bu da qadının ürəyinin dayanmasına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az