Anadolu agentliyi Əlibəylidən yazdı – Fotobackend

Anadolu agentliyi Əlibəylidən yazdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı hərbi hücum cəhdlərini davam etdirən Ermənistan sadəcə hərbçiləri deyil, mülki əhalini də hədəf alır. Sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan birliklərinin davamlı atəşə tutduğu yaşayış yerlərinin hamısından öndə yerləşir.

İnterpress.az xəbər verir ki, Türkiyənin Anadolu agentliyinin yaydığı “Əlibəyli – Ermənistanın atəşi altında yaşayışın davam etdiyi Azərbaycan kəndi” sərlövhəli reportaj bu ifadələrlə başlayır. Reрortajda Əlibəyli kəndinin coğrafi quruluşundan, yerli sakinlərin yüksək əhval-ruhiyyəsindən bəhs olunur. Müxbir yerli sakinlər, eləcə də şəhid ailələri ilə söhbət əsasında yazır ki, Əlibəyli sakinləri 1990-cı illərdə də Ermənilərin silahlı hücumlarına mərdliklə sinə gəliblər. İnsanlar göstərilən qardaşlıq dəstəyinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqına təşəkkürlərini ifadə ediblər.

Diqqətə çatdırılır ki, Azərbaycan və Türkiyənin liderliyi ilə gerçəkləşən kommunikasiya xətləri bu bölgədən keçir.

İnterpress.az