İğdırda arı hücumu qoyun sürüsündə faciəyə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin İğdır vilayətində təbiətin nadir rast gəlinən, lakin çox faciəli hadisələrindən biri qeydə alınıb. Arıların hücumuna məruz qalan qoyun sürüsündə ciddi təşviş yaşanıb.
Qorxuya düşən heyvanlar bir-birini əzərək kütləvi şəkildə sıxışdırıblar. Nəticədə 816 baş qoyun tələf olub.
4 çoban da arı sancması səbəbiylə xəstəxanalıq olub.
Təsərrüfat sahibinə külli miqdarda maddi ziyan dəyib.

Xuraman Etibarlı
İnterpress.az






