Arvadına 10 bıçaq zərbəsi vuran şəxs CƏZALANDIRILDIbackend

Arvadına 10 bıçaq zərbəsi vuran şəxs CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəxtiyar Məcidlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B.Məcidli 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

İttihama görə, hadisə bu ilin fevral ayının 4-də Gəncə şəhərinin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aytac Məcidli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 10 bıçaq xəsarəti alan qadın dərhal əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra A.Məcidlini onun həyat yoldaşı B.Məcidli tərəfindən bıçaqlandığı məlum olub.

İstintaq orqanı tərəfindən B.Məcidlinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.