Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin məhkəməsi başlayıb.
İnterpress.az xəbər verir ki, Mehdi Xəlilbəylinin ittiham oluduğu cinayyət işi materialları Səbail rayon Məhkəməsinə göndərilib.
Hakim Günel Səmədovanən sədrliyi ilə keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.
Proses avqusun 23-də davam etdiriləcək.
Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə – 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.
Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıları saxlayıb.
Saxlanılanlar arasında Almaniyada yaşayan Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. Mehdi Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb./apa