AZAL-dan növbəti biabırçılıq: Uçuş gecikir, sərnişinlərlə kobud rəftar edilir – FOTObackend

AZAL-dan növbəti biabırçılıq: Uçuş gecikir, sərnişinlərlə kobud rəftar edilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli saatla 20:15-də Bakıdan Ankaraya uçmalı olan təyyarə 2 saata yaxın zaman keçməsinə baxmayaraq, hələ də havalanmayıb.

İnterpress.az xəbər verir ki, sərnişinlərin Yenicag.az-a bildirdiyinə görə, AZAL-ın “Heston Airlines” ilə ortaq həyata keçirdiyi uçuşun geckməsinə səbəb təyyarənin hazır olmamasıdır.

Sərnişinlər qeyd ediblər ki, heyət onlarla pis rəftar edir və hazırda onlarla insan kiçik gözləmə otağında çarəsiz şəkildə gözləyir.

Gecikmə ilə bağlı rəsmi açıqlama verilməyib.

Maraqlısı budur ki, Azərbaycanda hegemon olan AZAL nə üçün Ankara səfərini “Heston Airlines” ilə ortaq həyata keçirir? AZAL-ın öz reysini həyata keçirəcək təyyarəsi niyə yoxdur?

Vətəndaşlara qarşı davranış şəkli isə qurumdakı özbaşınalığın göstəricisidir.