Futbol matçında KURYOZ HADİSƏ:  Meydançaya girən qeyri-adi “azarkeş”ə görə oyun DAYANDIRILDI – VİDEObackend

Futbol matçında KURYOZ HADİSƏ: Meydançaya girən qeyri-adi “azarkeş”ə görə oyun DAYANDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də bir yenot meydançaya qaçdığı üçün futbol oyunu dayandırılıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.

Belə ki, ABŞ-də Filadelfiya və Nyu-York komandaları arasında keçirilən oyun zamanı qeyri-adi futbol azarkeşi meydançaya daxil olub.

Birinci hissənin ortalarında gülməli epizod yaşanıb. Bir yenot meydançaya girib.

Heyvanı bütöv bir izdiham tərəfindən tutmağa çalışıblar, lakin yenot inadla müqavimət göstərib.

Liqa onun 161 saniyə meydanda olduğunu hesablayıb ki, bu da rekorddur.

Stadion işçiləri qorxmuş heyvanı dərhal tuta bilməyiblər. Yenot üç dəqiqə meydançada qaçarkən matç dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az