Türkiyə “Sungur” raketlərinin uğurlu sınağını həyata keçirdibackend

Türkiyə “Sungur” raketlərinin uğurlu sınağını həyata keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asimmetrik döyüş qabiliyyətinə malik “Sungur” hava hücumundan müdafiə silahının uğurlu sınaq atəşi həyata keçirilib.

İnterpress.az bildirir ki, bu barədə “Roketsan”ın sosial şəbəkə hesabından xəbər verilib.

Bildirilib ki, hədəf tam dəqiqliklə vurulub. Sınaqdan görüntülər də paylaşılıb.

Qeyd edək ki, “Sungur” hava hücumundan müdafiə sistemi döyüş meydanında və arxa cəbhədə mobil/stasionar bölmələrin və obyektlərin qısamənzilli hava hücumundan müdafiəsi üçün nəzərdə tutulmuş zenit-raket sistemidir. Raketlərin yerdə istifadəsi ilə yanaşı, “Bayraktar TB2” və “Akıncı” hücum PUA-larına inteqrasiyası istiqamətində işlər davam etdirilir.