Çeçenlər Moskvada polis bölmələrindən birinə hücum ediblər.
İnterpress.az xəbər verir ki, onlar bir neçə gün əvvəl qohumlarından Moskvaya qaçan 19 yaşlı çeçen qız Liya Zaurbekova axtarırlar. Ənənələri pozduğuna görə onu öldürməklə hədələdilər.
Qız hüquq-mühafizə orqanlarının əməkdaşlarından qorunma istəyib, lakin polis müdaxilə etməyib. Deyirlər bu sırf ailə məsələsidir.
Çeçenlər bir neçə saat vağzalın qapısında keşik çəkiblər. Hazırda qızın atasını içəri buraxıblar. Qızın qohumları onu Çeçenistana qaytarmağa hazırlaşır və bundan sonra orada nə olacağı məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az