Smartfonlar insan sağlamlığına daha çox zərərli olacaq.
İnterpress.az xəbər verir ki, “Stocklytics” şirkəti məlumat yayıb. Şirkət bildirib ki, gələcəkdə smartfonlar insan sağlamlığına daha çox zərər verəcək.
Şirkətin rəsmi saytında dərc edilən açıqlamaya görə, texnologiyanın inkişafı ilə birlikdə gələcəkdə smartfonlardan yayılan radioaktiv şüalanma da durmadan artacaq.
Gələcəkdə onlar insanlar üçün əsas radiasiya mənbəyinə çevriləcəklər.
Mütəxəssislər 2G, 3G və 4G tezliklərində iş saatlarında radiasiyanın 07-2,7 giqagers təşkil etdiyini qeyd ediblər. Və nəhayət 5G təqdim edildikdə, radiasiya 80 giqahers-ə çatacaq.
Şirkət qeyd edir ki, smartfon istehsalçıları radiasiyaya məruz qalma ilə bağlı riskləri azaltmaq üçün cihazlarının dizaynını təkmilləşdirməlidirlər.
Xuraman Etibarlı
İnterpress.az