Ermənistanın Tavuş rayonunun Kirants kəndinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, onlar sərhədin delimitasiyası çərçivəsində Bakı ilə İrəvan arasında 4 Azərbaycan kəndi ilə bağlı protokol imzalanmasına görə etiraz edirlər.
Mayın 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 9-cu iclası keçirilib və bu iclasda Azərbaycanın Qazax rayonunun 4 kəndi üzrə yuxarıda qeyd olunan protokol imzalanıb.
Xuraman Etibarlı
İnterpress.az