Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu gün erməni həmkarı Alen Simonyanla görüşəcək. Görüşün saat 20:30-da Cenevrədə keçirilməsi planlaşdırılır.
İnterpress.az qeyd edir ki, görüşdən öncə Sahibə Qafarova və Alen Simonyan ayaqüstü söhbət ediblər.
Sahibə Qafarova İsveçrədə səfərdədir. Səfər çərçivəsində Milli Məclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.
Xatırladaq ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.