Paşinyan Slovakiyanın baş nazirinə hücumdan şokdadır.
İnterpress.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Slovakiyanın baş nazirinə hücumla bağlı X-də paylaşım edib.
“Slovakiyanın baş nazirinə edilən hücumdan şokdayam, ona tezliklə sağalmasını arzulayıram”, – Paşinyan yazıb.
Daha sonra o, Fitsoya tez sağalmasını arzulayıb.
“Siyasətdə zorakılığın yeri yoxdur. Robert Fitsoya, onun yaxınlarına və dost Slovakiya xalqına dəstəyimi bildirirəm”, – baş nzir qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az