Azərbaycan boksçusu yarımfinala çıxıb, medalı təmin edibbackend

Azərbaycan boksçusu yarımfinala çıxıb, medalı təmin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

 

O, 1/4 finalda türkiyəli Bayram Malkanla qarşılaşıb.

 

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu mübarizədən kənarlaşdıran Avropa Oyunlarının qalibi ikinci döyüşündən də qalib ayrılıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibini 5:0 (28:27, 29:26, 28:27, 29:26, 28:27) hesabı ilə məğlub edib.

 

Bununla da Alfonso yarımfinalda iştirakını rəsmiləşdirib. Boksçumuz 1/4 final səddini keçməklə özü üçün ən azı bürünc medalı təmin edib.

 

O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq. Döyüş avqustun 1-də olacaq.