“Azərbaycan Göyçədə elə mövqelərə sahiblənib ki, bir neçə saata…”- Erməni politoloqbackend

“Azərbaycan Göyçədə elə mövqelərə sahiblənib ki, bir neçə saata…”- Erməni politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siyasi qüvvələr və ekspertlər, mütəxəssislər həqiqəti ictimaiyyətə təqdim etməkdə, münaqişənin həll edilmədiyini, Azərbaycanın isə uzaq məqsədlərinin olduğunu söyləməkdə tərəddüd etməməlidir”.

Bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar Basarkeçərdə olduqca əlverişli mövqelərdədirlər.

“Onlar Basarkeçərdə elə mövqələr ələ keçiriblər ki, oradan bir neçə saat ərzində Səlim dağ keçidini kəsmək və Zəngəzurun Ermənistanın bütün ərazisi ilə əlaqəsini neytrallaşdırmaq mümkündür. Bu problemlər həqiqətən də qlobal və uzağa gedəndir”, – deyə Şahnazaryan qeyd edib (Ordu.az).