Azərbaycan-İsrail münasibətləri getdikcə sıxlaşır: Bu müttəfiqlik bizə nələr vəd edir? – Açıqlamabackend

Azərbaycan-İsrail münasibətləri getdikcə sıxlaşır: Bu müttəfiqlik bizə nələr vəd edir? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla İsrail arasında müttəfiqliyinin daha da dərinləşməsi o deməkdir ki, bizi olduqca geniş imkanlar və parlaq perspektivlər gözləyir”.

Bunu Azərbaycan-İsrail münasibətlərinə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov interpress.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, Azərbaycanın İsraildəTicarət Nümayəndəliyinin açılması hər iki ölkə üçün uğurlar vəd edir:

“Ötən gün strateji tərəfdaşlarımızdan biri sayılan İsrail dövləti ilə münasibətlərimizdə daha bir ilkə imza atmağımız gerçəkdən də qürurvericidir. Belə ki, dünən İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılış mərasimi baş tutub. Bu, Azərbaycan-İsrail əlaqələrinin tarixində həqiqətən də olduqca vacib bir hadisədir. Hətta deyərdim ki, inqilabi gəlişmədir. Çünki iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ilə yaxın bir vaxt keçsə də, bu müddət ərzində Azərbaycanın bu ölkədə indiyə qədər heç bir nümayəndəliyi fəaliyyət göstərməyib. Bunun da müxtəlif obyektiv-subyektiv səbəbləri var. Hazırkı vəziyyətdə açılması tilsimi qırıb. Artıq bundan sonra əlaqələrimiz keyfiyyətcə yeni müstəviyə yüksələcək. Bu hadisə əlaqələrimizin daha yaxın və hərtərəfli inkişafı üçün yeni imkanlar yaradacaq. Xüsusən də söhbət ilk növbədə ticari-iqtisadi əlaqələrdən gedir. Bu, hər iki ölkə üçün hazırkı məqamda olduqca vacib məsələdir. Növbəti mərhələdə bu dost və müttəfiq ölkədə tezliklə səfirliyimizin də fəaliyyətə başlamasının şahidi olacayıq. Xalqlarımızın dostluğunun, ölkələrimizin müttəfiqliyinin daha da dərinləşməsi üçün qarşıda bizi olduqca geniş imkanlar və parlaq perspektivlər gözləyir”.

Gülşən