Azərbaycan mediası Ərdoğanın səs verəcəyi məntəqədədir – VİDEObackend

Azərbaycan mediası Ərdoğanın səs verəcəyi məntəqədədir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədə prezident və parlament seçkiləri üçün səsvermə prosesi başlayıb.

Bu barədə İnterpress.az-ın Türkiyəyə ezam olunmuş baş redaktoru Toğrul Allahverdili xəbər verir.

O bildirib ki, Azərbaycanın media təmsilçiləri hazırda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın səs verəcəyi seçki məntəqəsinin qarşısındadır.

R.T Ərdoğanın məntəqəyə yaxın saatlarda gələcəyi gözlənilir.

Azərbaycanlı jurnalistlər seçki prosesini işıqlandırmaq üçün məntəqəyə yollanıblar. Jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələri üçün ən yüksək səviyyədə şərait yaradılıb.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq.

Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.