“Azərbaycan mümkün təhlükələrə qarşı preventiv tədbirlər görür” – Şərhbackend

“Azərbaycan mümkün təhlükələrə qarşı preventiv tədbirlər görür” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan Azərbaycanın sərhəddən kənar bölgələrində münaqişə yarada bilmək potensialından məhrumdur”.

Bu sözləri Azərbaycanla Ermənistan arasında sülh gündəliyini dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvanın mövqeyindəki qeyri-müəyyənlik dərəcəsi artdıqca Bakının hərbi əməliyyatlar planı danışıqlarda xəbərdaredici motiv kimi özünə yer qazanır:

“Ermənistanın sülh üçün qurulan təpədən sürətlə üzüaşağı enişini göstərən cəhətlərdən biri onun sərhədlərin delimitasiyası məsələsində və Zəngəzur dəhlizinin açılmasında üzərinə düşən öhdəliklərdən qaçmasıdır. Qarabağda isə açıq qalan məsələlərin həllində Ermənistanın rolu qalmadığına görə deyə bilərik ki, İrəvan Azərbaycanın sərhəddən kənar bölgələrində münaqişə yarada bilmək potensialından məhrumdur. Ona görə də diqqəti sərhədlərin müəyyən edilməsi mövzusuna cəmləmək lazımdır və İrəvanın, əsasən, bu istiqamətlərdəki təxribatları regionu hərbi eskalasiya risklərinə hamilə edir.
Azərbaycan isə ehtimal olunan genişmiqyaslı hərbi təxribatların xüsusiyyət və məqsədlərini qiymətləndirərək mümkün təhlükələrə qarşı preventiv tədbirlər görür. Yəni Azərbaycan müharibə elan etmir və onun genişmiqyaslı hərbi əməliyyatlar apara biləcəyi ilə bağlı anonslar daha çox müdafiə siyasətinə əsaslanır”.