“Azərbaycan Tarixinin Qızıl Səhifələri”adlı layihəsinə yekun vurulubbackend

“Azərbaycan Tarixinin Qızıl Səhifələri”adlı layihəsinə yekun vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası “Gənc Politoloqlar Mərkəzi” İctimai Birliyinin Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Tarixinin Qızıl Səhifələri”adlı layihəsinə yekun vurulub.

Təşkilatın sədri İlkin Əliyevin verdiyi məlumata əsasən, layihə Bakı şəhəri Qaradağ rayonunun Sahil, Qızıldaş və Lökbatan qəsəbələrində həyata keçirilib və üç tədbirə toplam 600- dən çox iştirakçı cəlb olunmuşdur. Layihənin məqsədi Vətən müharibəsi dövründə Qaradağ rayonu ərazisindən olan şəhid və qazi olmuş qəhrəmanlarımızın yeniyetmə və gənclər arasında tanıdılması, keçdikləri döyüş yolu haqqında məlumatların verilməsi və gənc nəslin daha da yüksək vətənpərvərlik ruhunda böyüməsinə töfhə verməkdən ibarət olmuşdur.

Bundan əlavə olaraq, Şəhid ailələri və Qazilərlə görüşlərin keçirilməsi, onların problemlərinin həllinə köməklik edilməsi və digər məsələrin həllində daha tez nəticə əldə olunması üçün tədbirlərə Qaradağ rayon İcra Hakimiyyəti, Qaradağ rayon ərazisindən seçilmiş millət vəkilləri, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı və digər dövlət qurumlarının nümayədələri də cəlb olunmuşdur.

Həmçinin layihə çərcivəsində 500 ədəd buklet və digər dəftərxana ləvəzimatları cap edilərək iştirakçılar arasında paylanılmışdır.