Azərbaycanda küçəyə atılan körpənin valideynləri axtarırlır – YENİLƏNİB + FOTO/VİDEObackend

Azərbaycanda küçəyə atılan körpənin valideynləri axtarırlır – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncədə küçəyə atılan körpənin valideynlərinin axtarışlarına başlanılıb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

14:15

Gəncədə küçəyə atılan körpənin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-a Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından məlumat verilib:

“30.08.2021-ci il tarixdə Gəncə şəhər Adilxanlı küçəsində polis əməkdaşları tərəfindən atılmış  uşaq tapılıb və uşaq xəstəxanasına təhvil verilib. Uşağın çəkisi 7 kiloqram, boyu 64 sm, təxmini 5-6 aylıq.

Körpə həkimlər tərəfindən müayinə edilib, ümumi vəziyyəti praktiki sağlam qiymətləndirilib. Bu barədə icra hakimiyyətinə və qəyyumluq komissiyasına məlumat verilib”.

09:32

Gəncədə dörd aylıq körpə küçəyə atılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.