Azərbaycanda nazir federasiya prezidenti oldubackend

Azərbaycanda nazir federasiya prezidenti oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda dəyişiklik baş tutub.

bu gün Gənclər və İdman Nazirliyində növbədənkənar seçki keçirilib.

Seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti olub.

Qeyd edək ki, nazir bu postda Rövnəq Abdullayevi əvəz edib. AFFA prezidenti də olan R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.

Xatırladaq ki, Rəşad Nəbiyev 2011-2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində işləyib. O bu ilin yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (ötən ayın 11-dən rəqəmsal inkişaf və nəqliyyat naziri) təyin olunub.