“Azəriqaz”ın əməkdaşı iş başında döyüldübackend

   “Azəriqaz”ın əməkdaşı iş başında döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azəriqaz İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa xidmət sahəsində təmir-bərpa üzrə qaynaqçı vəzifəsində işləyən Ələkbər İbarət oğlu Babayev abonentin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, o, Aşağı Göyçəli kəndində 420 manat debitor borcu olan abonent Vilayət Vəliyevin qaz təchizatını dayandırarkən gözləmədiyi halda arxadan boyun və qol hissəsinə ağacla zərbələr endirilib. Təhqir olunub, qaynaq aparatı əlindən alınıb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.