“Bakı Ermənistandan çox şey qoparmağa çalışır” – Erməni analitik nədən narahatdır?backend

“Bakı Ermənistandan çox şey qoparmağa çalışır” – Erməni analitik nədən narahatdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Azərbaycanla olan son Sovet sərhədlərini tanıması sərhəd sakinlərinin maraqlarına ciddi zərbə vura bilər, ona görə də İrəvan buna razı ola bilməz”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Orbeli” mərkəzinin analitiki Taron Ovannisyan erməni mətbuatına açıqlamasında deyib.

“Sovet dövründə bəhanələrlə önəmli ərazilər Azərbaycana verildi, lakin bu ərazilər Ermənistan sakinləri üçün həyati əhəmiyyət kəsb edir.

Azərbaycan sərhədinin Dağlıq Qarabağın Karvaçar və ya Kaşataq bölgəsindən keçməsi ilə razılaşırıqsa, onda “DQR”in tanınması məsələsi də olduğu kimi qalır. Yəni müstəqil Qarabağın ərazisi tanınarsa, formal olaraq sərhəd sözügedən ərazidən keçə bilər.

Bakı Ermənistandan çox şey qoparmağa çalışır. Ermənistanı istənilən rıçaqlardan məhrum etmək, tələsik bir qərara məcbur etmək niyyətindədir. Ona görə də Ermənistan qısa zamanda demarkasiyaya gedə bilməz”,-deyə erməni analitik bildirib.