Bakıda kirayəyə verilən mənzildə kişi meyiti aşkarlandıbackend

Bakıda kirayəyə verilən mənzildə kişi meyiti aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu qəsəbəsində 1952-ci il təvəllüdlü Faznalıyev Tofiq Qurban oğlunun meyiti kirayə yaşadığı mənzildə qonşular tərəfindən aşkarlanıb. Meyit təcili tibbi yardım briqadasının köməkliyi ilə Məhkəmə Tibbi Ekspertiza və Patalogiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Müayinə zamanı bəlli olub ki, T.Faznalıyev 4 gün əvvəl vəfat edib.

Hadisənin təfərrüatı araşdırılır.

 

 

İnterpress.az