Bakıda qadın müğənni niyə öldürülüb?backend

Bakıda qadın müğənni niyə öldürülüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Nizami Rayon Prokurorluğu Bakıda müğənninin oteldə qətlə yetirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Rayon Prokurorluğundan daxil olan məlumatda deyilir:

“İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir”.

Qeyd edək ki, xəsarət alan A.Mirzəyevanın müğənni olduğu bildirilir.