“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyibbackend

“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” klubu İspaniya Superkubokunun həlledici görüşündə iştirak hüququ qazanaraq, öz rekordunu yeniləyib.

“Report” xəbər verir ki, Kataloniya təmsilçisi yarımfinalda “Betis”ə qalib gəlməklə buna nail olub.

Heç-heçə nəticələnən (2:2) qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyən (4:2) “Barselona” tarixində 25-ci dəfə Superkubok uğrunda görüşə çıxacaq. Eyniadlı şəhərin komandası finalda bu baxımdan ən yaxın izləyicisi olan “Real”la (Superkubokda 18 matç) üz-üzə gələcək.

Qeyd edək ki, “Barselona” ilə “Real” arasındakı görüş yanvarın 15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.