Şimali Koreya Ukraynaya Kim Çen Inın atasını qoruyan elit xüsusi təyinatlı dəstə göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Ehtimal olunur ki, Şimali Koreya Ukraynada döyüşmək üçün Kim Çen Inın atasını mühafizə edən elit xüsusi təyinatlı dəstə göndərib.
Nəşr bu döyüşçüləri “döyüş qulları” adlandırır. Çünki onlar tam informasiya vakuumunda, internetə, telefonlara, Qərb televiziyasına və digər xarici informasiyalara çıxışı olmayan bir yerdə böyüyüblər.
Nəşrin yazdığına görə, onlar uşaqlıqdan müharibəyə hazırlanıb, “NATO şeytanlarını” və “sevimli liderin” düşmənlərini məhv etmək ideologiyası aşılanmışdır.
Xuraman Etibarlı
İnterpress.az