BMT baş katibi: “Koronavirusa qarşı peyvəndləmə ləng gedir”backend

BMT baş katibi: “Koronavirusa qarşı peyvəndləmə ləng gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır.

İnterpress.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

“ÜST dünya əhalisinin 70%-nin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, biz bu məqsədlərə çatmağa yaxın deyilik”, – Quterreş bildirib.

Baş katib qeyd edib ki, “omikron” ştamının yayılması dünya üçün koronavirusla mübarizənin yüksək prioritet olduğunu deməyə əsas verir.