Bosniya mediası minalaşdırılmış ərazilərlə bağlı Ermənistanın yolverilməz davranışından bəhs edibbackend

Bosniya mediası minalaşdırılmış ərazilərlə bağlı Ermənistanın yolverilməz davranışından bəhs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Bosniyanın https://nova-zora.com/ xəbər portalında rəsmi İrəvanın beynəlxalq humanitar hüququna zidd olan davranışından – Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın minalaşdırılmış ərazilərinin xəritələrini verməkdən imtina etməsi barədə məqalə yerləşdirlib.
Bosniyalı jurnalist Faruk Tukakoviçin qələmə aldığı məqalədə bildirlib ki, iki ölkə arasında qarşıdurma ötən il dayandırılsa da, Azərbaycanın mülki əhalisi və əsgərləri hələ də partlamamış hərbi sursatlardan əziyyət çəkirlər. Mövcud vəziyyət Ermənistanın daha bir cinayəti kimi qiymətləndirilıb. Qeyd edilib ki, bu, 10 noyabr 2020-ci il tarixli sülh razılaşmasının həyata keçirilməsində ciddi çətinliklər yaradır.
Rəsmi Bakının müharibə zamanı həyatını itirən 1400 erməni əsgərinin cəsədini geri qaytardığı, Qarabağdakı erməni icmasına humanitar yardım göstərdiyi, ermənilərin Azərbaycanın Kəlbəcər rayonundakı Xudavəng alban monastırını ziyarət etməsinə icazə verdiyi, Rusiya təbii qazının Ermənistana nəqlini təmin etdiyi və bu əməlləri ilə xoş niyyətini və gələcək barışığa hazır olduğunu göstərdiyi nəzərə çatdırılıb.
Ermənistanın sülh razılığından sonra da silahlı qüvvələrini Azərbaycan ərazilərində yerləşdirməyə çalışdığı, bu cür cəhdin 62 Ermənistan əsgərinin əsir düşməsi və Azərbaycan qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələndiyi, rəsmi Bakının bu cür yolverilməz hərəkətlərlə bağlı Ermənistan hökumətini ciddi şəkildə xəbərdarlıq etdiyi vurğulanıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://nova-zora.com/armenija-ne-zeli-predati-karte-miniranih-podrucja-na-teritoriji-azerbejdzana/

 

İnterpress.az