Bu il “Əlçatan metro” layihəsi üzrə xidmətdən 800-dən çox sərnişin istifadə edibbackend

Bu il “Əlçatan metro” layihəsi üzrə xidmətdən 800-dən çox sərnişin istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-noyabr aylarınında Bakı metropolitenində “Əlçatan metro” layihəsi üzrə xidmətdən 837 sərnişin istifadə edib.

Bu barədə İnterpress.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, ötən 11 ay ərzində bu xidmətdən faydalananların sayı rekord həddə çatıb.

Təkcə noyabr ayında isə “Əlçatan metro” layihəsi üzrə xidmətdən 94 sərnişin istifadə edib. Sifariş verdikdən sonra noyabr ayında 1 sərnişin, 11 ay ərzində cəmi 8 nəfər xidmətdən imtina edib.

Qeyd edək ki, 2022-ci il ərzində əlçatan metro layihəsindən 689 nəfər istifadə edib.

Qeyd edək ki, “Əlçatan metro” layihəsinə 2019-cu ilin aprel ayından başlanılıb. Xidmət metropolitendən istifadə imkanları məhdud olan şəxslər üçün yaradılıb. Xidməti əlil arabası istifadəçiləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud, ahıl və yaşlı olanlar, habelə uşaq arabası ilə hərəkət edənlər də sifariş edə bilərlər.

Sərnişin fəallığının artması səbəbilə metropolitendə eskalator üçün nəzərdə tutulmuş iki yeni daşıma qurğusu da istifadəyə verilib. Bu istiqamətdə monitorinqlər və texniki imkanların genişləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Xidmətdən faydalanmaq istəyənlər 1-24 saat ərzində (050) 268 00 65 mobil rabitə, həmçinin “Bakumetro” (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro) mobil tətbiqindən istifadə edə bilərlər.