Avropa İttifaqının (Aİ) genişlənməsi geosiyasi zərurətdir.
İnterpress.az xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel “Novinke” nəşrinə müsahibəsində deyib.
O, Aİ-nin genişlənməsini dəstəklədiyini söyləyib: “Avropa Moldova və Gürcüstanı çox gözlətməməli və onları Rusiyanın ixtiyarına buraxmalıdır”.
Dövlət başçısının fikrincə, Avropa genişlənməyə hazırlaşmalıdır: “Bu təşkilatın modernləşdirilməsi zəruri addımdır”.