Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Tanzaniyanın xarici işlər naziri January Makamba ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan və Tanzaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. İkitərəfli əməkdaşlıq məsələləri də gündəmdə olub.
Görüş zamanı Azərbaycan və Tanzaniya arasında turizm, təhsil, humanitar, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkələr arasında çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan və Tanzaniya tərəfindən Qoşulmama Hərəkatı və BMT kimi çoxtərəfli platformalarda irəli sürülən namizədliklərə və layihələrə göstərilən qarşılıqlı dəstək səviyyəsindən məmnunluq ifadə edib. Bu məzmunda ölkələr arasında keçirilən işçi təmasların vacib rolu vurğulanıb.
Görüş zamanı Azərbaycan və Tanzaniya arasında əməkdaşlıq gündəliyində duran digər məsələlər də müzakirə edilib.