Çin bankları Rusiya biznes tərəfdaşları üçün ərazi məhdudiyyətləri tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb. Bildirilir ki, bəzi Çin bankları Rusiya idxalçıları ilə işləyən yerli təchizatçılar üçün hesabların açılmasına ərazi məhdudiyyətləri tətbiq edib.
Təchizatçı əsas işinin olduğu əyalətdən kənarda bunu etməyə cəhd edərsə, çinlilərə hesab açmağa icazə vermirlər.
Ekspertlərin fikrincə, bu yolla Çin bankları ikinci dərəcəli Qərb sanksiyalarına düşməmək üçün özlərini təkrar sığortalayırlar.
Bu, əməliyyat xərclərini artırır və ödənişləri gecikdirir.
Xuraman Etibarlı
İnterpress.az