“Çin Əfqanıstana yatırım qoymağa tələsmir” – Politoloqbackend

“Çin Əfqanıstana yatırım qoymağa tələsmir” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Talibanın iqtisadi problemləri həll edə bilməməsi bu qruplaşmanın Əfqanıstandakı mövqelərini istər-istəməz zəiflədir”.

Bu sözləri Moskva və Pekinin Talibanla sıx münasibətdə olmasına münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Taliban ABŞ banklarındakı Əfqanıstana aid olan 7 milyard dolları əldə edə bilmir. Vaşinqton bu maliyyəni ona görə vermir ki, Taliban güclənməsin:

“Rusiyanın Talibandan əsas istəyi odur ki, bu qruplaşma Rusiyanı hədəf alan terrorçu qruplarla əməkdaşlıq etməsin və Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmasın. Moskva Rusiyanın Tacikistandakı hərbi bazasının təhlükəsizliyini düşünür. Rusiya Əfqanıstana müəyyən miqdarda humanitar yardım göndərir. Talibanın bölgədəki əsas tərəfdaşı Çindir. Taliban Kabili ələ keçirmədən əvvəl də Çin rəsmiləri ilə sıx əlaqələri var idi. Pekinin Talibandan əsas istəyi Əfqanıstanda mövcud olan uyğurların silahlı qruplaşmalarıyla əməkdaşlıqdan imtina etməsi idi. Pekin Talibana böyük yatırımlar vəd etmişdi. Ancaq Çin Əfqanıstana yatırım qoymağa tələsmir. Bu məsələ uzanır. Çinin iqtisadi dəhlizi Pakistandan Əfqanıstana uzatması təklifi də reallaşmayıb. Pekin Əfqanıstanın mövcud olmayan infrastrukturun maliyyələşdirmək istəmir. Taliban Çinin “bir kəmər, bir yol” layihəsindən də kənarda qalıb. Taliban rəhbərliyi bu məsələylə bağlı dəfələrlə Pekinə müraciət ediblər, tranzit məqsədilə Əfqanıstan ərazisindən istifadə etməsini istəyirlər, ancaq cavab yoxdur. Bundan başqa, Moskva və Pekin Əfqanıstanın Şanxay Əməkdaşlı Təşkilatına üzvlüyünə də şərait yaratmırlar. Qərb dövlətləri Talibanın legitimliyini tanımadıqlarına görə Moskva və Pekin də ehtiyatlı mövqe tutublar”.