Çin İsraili Livandakı hava hücumlarına görə QINADIbackend

Çin İsraili Livandakı hava hücumlarına görə QINADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin İsraili Livandakı hava hücumlarına görə qınayıb.

İnterpress.az xəbər verir ki, bunu Nyu-Yorkda livanlı həmkarı Bu Həbiblə görüşündə Çinin xarici işlər naziri Vanq Yi deyib.

Yi bildirib ki, Çin hakimiyyəti Livanda peycerlərin partladılmasından narahatdır və Livan ərazisinə edilən hava hücumlarını pisləyir.

O qeyd edib ki, hazırkı vəziyyətdə beynəlxalq ictimaiyyət “daha ​​aydın mövqe formalaşdırmalı”, region ölkələri isə “birləşərək özlərini daha yüksək səslə ifadə etməlidirlər”.

“Zorakılığa zorakı üsullarla qarşı çıxmaq Yaxın Şərqdəki problemləri həll etməyəcək. Livanda baş verənlər Qəzza zolağındakı münaqişənin yan təsirinin təzahürüdür.

Çin daimi atəşkəsin və qoşunların tam çıxarılmasının təmin edilməsini, həmçinin “iki xalq üçün iki dövlət” layihəsinin praktiki həyata keçirilməsini zəruri hesab edir”, – nazir qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az