Çin polisi 200 milyon dollar dəyərində valyuta cinayətinin ÜSTÜNÜ AÇDIbackend

Çin polisi 200 milyon dollar dəyərində valyuta cinayətinin ÜSTÜNÜ AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin polisi 200 milyon dollar dəyərində valyuta cinayətlərinin üstünü açıb.

interpress.az xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik Nazirliyinin Cinayət Axtarış Bürosunun direktor müavini Çen Şiqu brifinqdə məlumat verib.

Polis Çinin cənubundakı Quandun əyalətində 1,47 milyard yuandan (202 milyon dollardan çox) çox valyuta ilə əlaqəli cinayətlərə görə üç dəstənin üzvlərini həbs edib.

“Quandun Əyalət Polisi valyuta fırıldaqçılığı ilə məşğul olan üç dəstəyə qarşı mübarizə aparıb, beş qeyri-qanuni valyuta mübadiləsi faktını aşkar edib və altı yeraltı pul anbarını məhv edib. Ümumilikdə 101 şübhəli həbs edilib və cinayətdən zərər 1,47 yuan təşkil edib”, – büro direktorunun müavini bildirib.

Onun sözlərinə görə, Çin İctimai Təhlükəsizlik Nazirliyi Makao Xüsusi İnzibati Bölgəsi vasitəsilə baş verən xarici valyuta cinayətlərində artım qeydə alır.

Xuraman Etibarlı

İnterpress.az