Çində uşaq əmək düşərgələri populyarlıq qazanır. Valideynlər övladlarının kənddə çalışması üçün ödəniş edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə “EcoTopor” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, çinli valideynlər övladlarının bir ay ərzində kənd təsərrüfatı işlərində çalışması üçün təxminən 2 min 440 manat ödəyirlər.
Düşərgəyə göndərilən məktəblilərin smartfonları əllərindən alınır, onlar kartof çıxarmaq, odun yarmaq, donuzlara qulluq etmək və digər bu kimi ağır fiziki işləri yerinə yetirirlər.
Uşaqların yaşayış şəraiti tapşırıqları necə icra etmələrindən bilavasitə asılıdır, qaydaları pozanların isə qida rasionu məhdudlaşdırıla bilər.
Valideynlər hesab edirlər ki, bu cür düşərgələr uşaqlara intizamı, zəhmətkeşliyi və gündəlik rahatlığın qədrini bilməyi öyrədir.
Xuraman Etibarlı
İnterpress.az






