Çində insan daşıyan pilotsuz aparatın satışına hazırlıq görülür.
İnterpress.az xəbər verir ki, bu barədə məlumat yayılıb.
Çində insanların ayaqüstə idarə edə biləcəyi pilotsuz uçuş aparatının satışına hazırlıq görülür.
Coolfly Urban adlanan aparatın çəkisi 90 kiloqrama qədər olan insanı daşıya və saatda 70 kilometrədək sürət yığa bildiyi bildirilir.
İstehsalçılar qurğunun idarə edilməsinin giroskuter sürmək qədər asan olduğunu iddia edirlər.
Belə ki, istifadəçinin platformanın üzərində dayanaraq aparatı idarə etməsi nəzərdə tutulur.
Bununla belə, aparatın əsas məhdudiyyətlərindən biri uçuş müddətidir. Məlumata görə, batareya cəmi 11 dəqiqəlik uçuşa imkan verir.
Coolfly Urban-ın təxmini satış qiymətinin 15 min dollar (təxminən 25 500 manat) olacağı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






