İsrail son həftədə Hizbullahı 20 il geriyə atıb.
İnterpress.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İsrailin son bir həftə ərzində hərəkətləri şiə Hizbullah hərəkatını 20 il geri çəkib.
İsrailin şiə hərəkatına qarşı əməliyyatlarının məcmu təsirinə toxunan rəsmi, “Onlar yəqin ki, 20 il geri düşdülər” deyib.
Rəsmilərin dediyinə görə, İsrail qrupu “ciddi şəkildə zəiflədib”, bir neçə yüksək səviyyəli komandiri öldürüb və Hizbullahın komanda strukturuna əhəmiyyətli dərəcədə təsir edib.
Televiziya şirkətinin mənbələri onu da qeyd ediblər ki, hazırda ən böyük narahatlıq İranın mümkün müdaxiləsidir.
Rəsmilərdən biri əlavə edib ki, Tehran hələ müdaxilə etməyib, lakin “ən güclü qüvvəsini” itirmək təhlükəsi yaranarsa, hərəkətə keçəcək.
Xuraman Etibarlı
İnterpress.az