DB rəhbəri COVID-19-un yaratdığı böhranı Böyük Depressiya ilə müqayisə edibbackend

DB rəhbəri COVID-19-un yaratdığı böhranı Böyük Depressiya ilə müqayisə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID-19 pandemiyasının yaratdığı böhran iqtisadi depressiya kimi qiymətləndirilməlidir”.

 İnterpress.az xəbər verir ki, bunu Dünya Bankının (DB) rəhbəri Devid Melpas İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

“Ötən əsrin 30-cu illərində depressiya bəzi ölkələrdə 10 il və daha çox davam etdi. Ümid edirəm ki, həm hökumətlərin, həm də özəl sektorun addımları nəticəsində bu dəfə daha qısamüddətli olacaq. İnsanlarda daha çox məlumat var, milyonlarla insan qarşılıqlı əlaqə qurur, böhranı anlamağa və bərpa üçün lazımi addımları atmağa çalışır. Bu, Böyük Depressiya dövründə olmayan güclü vasitədir”, – D.Melpas söyləyib.

DB başçısı pandemiya səbəbi ilə 150 ​​milyona qədər insanın yoxsulluq həddindən aşağı səviyyədə qalacağını qeyd edib: “Biz tənəzzülün ən qızğın çağındayıq və bu, çox narahatedicidir. Yoxsulluq dinamikası uzunmüddətli xarakter daşıyır: bu tendensiyanı əksinə çevirməliyik və bunun üçün iqtisadiyyatın artıma qayıtması lazımdır”.

D.Melpas inkişaf etmiş ölkələrdə iqtisadiyyatın tədricən sürətlənməyə başladığını hesab edir. Digər yandan, inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisləşməyə davam edir. O ölkələrdə kəskin eniş olub və indi bu iqtisadiyyatlar, demək olar, artmır.

DB prezidenti həmçinin koronavirusa qarşı peyvəndlərin kütləvi istehsalının müddəti ilə bağlı ehtiyatlı nikbin olduğunu söyləyib. Onun fikrincə, bunun üçün vaxt lazımdır. “Buna görə də indi ən vacib şey iqtisadiyyatı yenidən dirçəltmək üçün addımlar atmaqdır”, – o bildirib.

D.Melpas bu baxımdan maska ​​rejimini və sosial məsafəni qoruyaraq ən əhəmiyyətli sənaye sahələrinin işlərini yenidən başladan Çini nümunə göstərib.

İnterpress.az